"Biz istəyirik ki, Şuşanı fəaliyyətimizdə ana xətt kimi aparaq" - Anar Kərimov

11:00 15.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Biz istəyirik ki, Şuşanı fəaliyyətimizdə ana xətt kimi aparaq".

Hafta.az xəbər verir ki, bu haqda mədəniyyət naziri Anar Kərimov "Shusha talks" ("Şuşa söhbətləri") layihəsinin təqdimat mərasimində deyib.

O bildirib ki, bu gün biz önəmli bir layihəyə start veririk:

"Bu layihə Cənab Prezident tərəfindən elan edilən "Şuşa ili" nə həsr edilib".  Şuşa mədəniyyət paytaxtımız olaraq azadlığının ikinci ildönümünü yaşayacaq. Bu qüruru bizə yaşatdığı üçün Ali Baş Komandana, ordumuza təşəkkür edirik. İstəyirik ki, Şuşa söhbətləri vasitəsilə Şuşanın dəyərini təbliğ edə bilək. "Şuşa söhbətləri" çərçivəsində biz müxtəlif insanları-jurnalistləri, blogerləri, tarixçiləri, jurnalistləri bu söhbətlərə dəvət edəcəyik.

Bu bir başlanğıcdır. İlboyu belə müzakirələr keçirəcəyik. Layihənin uğurundan asılı olaraq növbəti illərdə də davam etməyi düşünürük. Bu layihələrdə vətəndaş cəmiyyətinin iştirakı çox vacibdir”.